bazar 5 aprel 2026 - 02:58
Ayətullah üzma Nuri Həmədaninin xalq və silahlı qüvvələrə təşəkkürü / Amerika və sionist rejim məğlub olana qədər geri çəkilməyin

Hövzə/ Qum Elmi hövzəsinin bir tələbəsi kimi rəşadətli xalqınımızın meydanlarda əzəzmətli şəkildə iştirakına görə təşəkkür edir və sizdən xahiş edirəm ki, bu Amerika və sionist fitnəsi aradan qalxana qədər bu iştirakı qoruyub saxlayasınız. Həmçinin silahlı qüvvələr, ölkənin məsul şəxsləri, xüsusilə üç hakimiyyət qolu və xüsusən də gecə‑gündüz xalqa xidmət edən hökuməti və möhtərəm Prezidentini dəstəkləyəsiniz.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, Həzrət Ayətullah Nuri Həmədaninin İran İslam Respublikasının rəşadətli xalqına, məsul şəxslərə və həmçinin xüsusilə silahlı qüvvələrə ünvanladığı təşəkkür məktubunun ətraflı mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

İran İslam Respublikasının rəşadətli xalqı!

İrana qarşı düşmənləri bütün qüvvələri ilə açıq müharibəyə daxil olduqları bir vaxtda, siz bir xalq olaraq misilsiz bir həmrəylik ilə öz adınızı ən yaxşı ümmətlərdən biri kimi tarixdə qeyd etdirdiniz və mərhum İmam Xomeyninin (r) buyurduğu “Bizim xalqımız İslamın ilk dövrlərinin xalqından daha yaxşıdır” sözünü, həmçinin şəhid Ayətullah Seyid Əli Xameneinin sizin (xalqın ) qiyam edəcəyinizə dair verdiyi müjdəni tam şəkildə aşkara çıxardınız.

Bu gün sizin övladlarınız (yəni xalqın içindən çıxmış əsgərlər və hərbçilər) silahlı qüvvələrdə xidmət edərək və həmçinin xalqın birliyi və hər kəsin birlikdə Ali Məqamlı Rəhbərə verdiyi dəstək sayəsində düşməni məğlub edə bildilər. Onlar ABŞ‑ın əslində şişirdilmiş və yalançı güc görüntüsünü sındırdılar və sionist düşməni rüsvay vəziyyətinə saldılar.

Bunu bilin ki, hər kəs istər istəmədən, istərsə də qəsdən sizin bu birliyinizi hədəfə almaq istəsə, düşmənin meydanında dayanmış olur.

Mən Qum Elmi hövzəsinin bir tələbəsi kimi rəşadətli xalqınımızın meydanlarda əzəzmətli şəkildə iştirakına görə təşəkkür edir və sizdən xahiş edirəm ki, bu Amerika və sionist fitnəsi aradan qalxana qədər bu iştirakı qoruyub saxlayasınız. Həmçinin silahlı qüvvələr, ölkənin məsul şəxsləri, xüsusilə üç hakimiyyət qolu və xüsusən də gecə‑gündüz xalqa xidmət edən hökuməti və möhtərəm Prezidentini dəstəkləyəsiniz.

Mənim silahlı qüvvələrə, o cümlədən əziz orduya və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), xüsusilə hava‑kosmik qüvvələrinə bir sözüm var: Bu millət sizin yanınızdadır və bu misilsiz iştiraklar sizin qiymətləndirilməniz və sizə dəstək üçündür. Mən də öz növbəmdə sizin qələbə və uğrunuz üçün daim dua edirəm və uca Allahdan, həmçinin hamımızın mövlası olan Həzrət İmam Zamandan (ə.f) sizin son qələbənizi diləyirəm. Həmçinin siz əzizlərdən ən xüsusi məkanlar olan cihad meydanında acizanə şəkildə bizləri də xeyir-duanızda yad etməyinizi rica edirəm.

 Ayətullah Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha